Bakı. 6 avqust. REPORT.AZ/ Belarusun paytaxtı Minskin "Borovaya" aerodromunda ötən gün ayaqdan əlil qadınlar arasında paraşütdən tullanma üzrə yarış keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan, Belarus və Rusiyadan olan 6 qadın təcrübəli təlimatçılarla birgə paraşütlə 2,5 metr hündürlükdən aşağı atılıblar.
Bu, bəzi iştirakçılar üçün ilk belə tullanış olsa da, bəziləri əvvəllər bu hissləri yaşadıqlarını bildiriblər.