Azərbaycanın yunan-Roma güləşi üzrə yığması iki rekordu yeniləyib

Azərbaycanın yunan-Roma güləşi üzrə yığması iki rekordu yeniləyib Azərbaycanın 23 yaşadək yunan-Roma güləşçilərindən ibarət milli komandası Avropa çempionatlarında özünə məxsus iki rekordu yeniləyib.
Fərdi
15 Mart , 2023 23:16
Azərbaycanın yunan-Roma güləşi üzrə yığması iki rekordu yeniləyib

Azərbaycanın 23 yaşadək yunan-Roma güləşçilərindən ibarət milli komandası Avropa çempionatlarında özünə məxsus iki rekordu yeniləyib.

"Report"un məlumatına görə, yığma buna Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 qitə yarışında 3 qızıl və 1 gümüş medal qazanmaqla nail olub.

Kollektiv həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.

Toplamda 123 xal yığan Azərbaycan millisi komanda hesabında 4-cü yeri tutub. Yığma ilk "3-lük"də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.

Qeyd edək ki, Avropa çempionatında yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi