Azərbaycanın yeniyetmə cüdoçuları Mərakeşdə 18 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Mərakeşdə 18 medal qazanıblar Yarış yeniyetmələr Olimpiadasına lisenziya xalları verib
Fərdi
29 Aprel , 2018 02:07
Azərbaycanın yeniyetmə cüdoçuları Mərakeşdə 18 medal qazanıblar

Bakı. 29 aprel. REPORT.AZ/ Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

“Report” xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verib.

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Aytac Qardaşxanlı (48 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), Vüqar Talıbov (66 kq), Hacıbala Cəbrayılov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Hüseyn Məmmədov (+90 kq) gümüş, Ülviyyə Bayramova (52 kq), Məsməxanım Quliyeva (70 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi