Azərbaycanın yeniyetmə cüdoçuları dünya birinciliyinin komanda yarışlarında gümüş medal qazanıb - FOTO

Azərbaycanın yeniyetmə cüdoçuları dünya birinciliyinin komanda yarışlarında gümüş medal qazanıb - FOTO Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.
Fərdi
122
29 Sentyabr , 2019 17:09
Azərbaycanın yeniyetmə cüdoçuları dünya birinciliyinin komanda yarışlarında gümüş medal qazanıb - FOTO

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan millidi tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb.

Belə ki, 1/8 finalda Çin Taybeyi, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan yeniyetmələrdən ibarət milli komanda dünya birinciliyində 2-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi