Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.
Fərdi
4 Oktyabr , 2022 17:42
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.

Federasiyadan "Report"a verilən məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Olqa Filipçuk (Ukrayna) və Gül Yılmaza (Türkiyə) qalib gələn Rzayeva finalda polşalı Yoanna Araszevska ilə qarşılaşıb. Boksçu döyüşdə 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Əvvəlki mərhələlərdə ardıcıl olaraq Mahur Marikyan (Ermənistan) və Silva Formelaya (Polşa) qalib gələn Nərmin Əlizadə (48 kq) finalda ingiltərəli Rubi Vayta uduzaraq gümüş medalla kifayətlənib.

Qız boksçulardan ibarət yığma komanda Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Bir gün öncə Aynur Mikayılova (50 kq) 3-cü yeri tutub.

Beləliklə, 3 medal qazanan komanda Azərbaycan boks tarixdə yeni rekord vurub.

Qeyd edək ki, Avropa birinciliyində daha 2 oğlan boksçusu final döyüşünə çıxacaq.

Son xəbərlər

Orphus sistemi