​Azərbaycanın komandası Serbiyada keçiriləcək yarışda iştirak edəcək

​Azərbaycanın komandası Serbiyada keçiriləcək yarışda iştirak edəcək Sprinterlər 1.2 kateqoriyalı "Banjaluka-Belgrade" veloyürüşündə mübarizə aparacaqlar
Fərdi
17 Aprel , 2015 17:41
​Azərbaycanın komandası Serbiyada keçiriləcək yarışda iştirak edəcək

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanın kontinental "Synergy Baku Cycling Project" velosiped komandası Avropa Turları çərçivəsində aprelin 18-də start götürəcək yarışda iştirak edəcək. Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan təmsilçisi birinci mərhələsi Serbiyada, ikinci mərhələsi isə Bosniya və Herseqovinada təşkil olunacaq 1.2 kateqoriyalı "Banyaluka - Belqrad" veloyürüşündə mübarizə aparacaq.

İki gün davam edəcək yarışda "Sinergy Baku" Elçin Əsədov, İsmayıl İlyasov, Matey Müqerli, Aleksandr Surutkoviç, Yannis Tamuridis və Dennis van Vindenlə təmsil olunacaq. Əvvəlcədən veloyürüşdə iştirakı planlaşdırılan sprinter Maksim Averin isə bu yarışda mübarizə apara bilməyəcək. "Synergy Baku"nun meneceri Devid Makkaydın sözlərinə görə, məşq zamanı əlindən yüngül zədə alan Averinə, aprelin sonlarında Fransada keçiriləcək "Tour de Bretagne" və mayda təşkil olunacaq "Tour d'Azerbaidjan" yarışına qədər tam sağalması üçün istirahət verilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi