Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov dünya çempionatında gümüş medal qazanıb - FOTO

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov dünya çempionatında gümüş medal qazanıb - FOTO Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şərif Şərifov final görüşünə çıxıb.
Fərdi
22 Sentyabr , 2019 18:31
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov dünya çempionatında gümüş medal qazanıb - FOTO
Foto: "Report"

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Şərif Şərifov final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan ikiqat Avropa çempionunun rəqibi Rusiya təmsilçisi Abdulrəşid Sadullayev olub.

İlk yarı Sadullayevin üstünlüyü ilə tamamlanıb - 3:0. İkinci hissədə də rəqibinə xal verən Şərifov 0:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. 

Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını 1 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurublar.

Son xəbərlər

Orphus sistemi