Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında 3-cü yeri tutub

Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında 3-cü yeri tutub Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.
Fərdi
31 Oktyabr , 2019 00:55
Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında 3-cü yeri tutub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. 

Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.

Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.

Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən keçirilən analoji yarışlarda Azərbaycanın sərbəst güləş yığmasının ən yaxşı nəticəsidir.

Son xəbərlər

Orphus sistemi