Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu vəfat edib

Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu vəfat edib Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.
Fərdi
9 Sentyabr , 2021 12:58
Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu vəfat edib

Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Güləş federasiyasından "Report"a verilən məlumata görə, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 - 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.

O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub.

Allah rəhmət eləsin!

Nağı Quliyev
Nağı Quliyev

Son xəbərlər

Orphus sistemi