Azərbaycanın qadın şahmatçıları Gürcüstanı məğlub edib

Azərbaycanın qadın şahmatçıları Gürcüstanı məğlub edib Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fərdi
2 Oktyabr , 2018 20:02
Azərbaycanın qadın şahmatçıları Gürcüstanı məğlub edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib. 

"Report" xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb. 

Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb. 

Gürcüstan - Azərbaycan - 1,5:2,5

Salome Meliya - Günay Məmmədzadə - 0:1

İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0

Sofio Qvetadze - Xanım Balacayeva - 0:1

Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5

Son xəbərlər

Orphus sistemi