Azərbaycanın qadın güləşçisi yeniyetmələrin Avropa çempionatında bürünc medal qazanıb

Fərdi
  • 18 may, 2018
  • 16:59
Azərbaycanın qadın güləşçisi yeniyetmələrin Avropa çempionatında bürünc medal qazanıb

Bakı. 18 may. REPORT.AZ/ Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında Azərbaycanın qadın güləşçisi Ayşən Yusifova bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 46 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə almaniyalı Rebekka Marçı məğlub edib.

61 kq çəkidə yarışan Jalə Əliyeva isə 1/8 finalda polşalı Zofia Polovczyka uduzaraq mübarizəni ilk mərhələdə dayandırıb.

44 filmi