Azərbaycanın bir qadın güləşçisi Avropa 3-cüsü olub, digəri 5-ci yeri tutub

Azərbaycanın bir qadın güləşçisi Avropa 3-cüsü olub, digəri 5-ci yeri tutub Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Fərdi
16 mart 2023 17:34
Azərbaycanın bir qadın güləşçisi Avropa 3-cüsü olub, digəri 5-ci yeri tutub

Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq-da mübarizə aparan Nigar Mirzəzadə macarıstanlı Karolina Pokla qarşılaşıb.

Rəqibinə 2:10 hesabı ilə uduzan Mirzəzadə yekunda 5-ci yerlə kifayətlənib. 

20:40

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada moldovalı Mihaela Samoillə üz-üzə gəlib.

Məmmədova ilk hissədən sonra hesabda geri olsa da, əzmkarlıq göstərərək yekunda inamlı qələbə qazanıb - 14:7.

Bu gün həmçinin 68 kq-dakı Nigar Mirzəzadə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi macarıstanlı Karolina Pok olacaq.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi