İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
"Report"un məlumatına görə, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq. Azərbaycan təmsilçilərindən Türkan Nəsirova (50 kq) 1/8 finalda Emiliya Alina (Moldova) ilə üz-üzə gələcək. Elmira Qəmbərova (59 kq) eyni mərhələdə Angelina Lysakla (Ukrayna) qarşılaşacaq.
68 kq çəki dərəcəsindəki İrina Netreba 1/8 finalda ukraynalı Alla Çerkasova ilə, Səbirə Əliyeva (76 kq) isə eyni mərhələdə yunanıstanlı Aikaterini Pitsiava ilə güləşəcək.
Qeyd edək ki, daha öncə Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. 82 kq-dakı Rafiq Hüseynov isə finala yüksəlib. O, bu gün qızıl medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Tixomirov Aleksandrov ilə üz-üzə gələcək. Murad Bazarov (60 kq) və Ülvü Qənizadə (72 kq) təsəlliverici görüşlərə çıxacaq.