Azərbaycanın para-atleti Səid Nəcəfzadə Tokio-2020-də bürünc medal qazanıb

Azərbaycanın para-atleti Səid Nəcəfzadə Tokio-2020-də bürünc medal qazanıb Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
Fərdi
513
30 Avqust , 2021 08:00
Azərbaycanın para-atleti Səid Nəcəfzadə Tokio-2020-də bürünc medal qazanıb
Səid Nəcəfzadə

Azərbaycan para-atleti Səid Nəcəfzadə Tokio Paralimpiadasında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, təmsilçimiz uzunluğa tullanma yarışlarında gücünü sınayıb və 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi 7,21 metr göstərici ilə iranlı Amir Xosravani olub.

Digər idmançımız Kamil Əliyev isə 6,89 metr nəticə ilə yarışı beşinci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70 kq-dan yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

06:38

Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

Bu barədə "Report" Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Belə ki, Səid Nəcəfzadə (T12 - uzunluğa tullama) növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.

Atletika idman növü üzrə digər idmançımız Kamil Əliyev ( T12 - uzunluğa tullanma) növü üzrə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycanın atletika idman növü üzrə digər idmançısı Oloxan Musayev ( F55 - disk atma) növü üzrə 37.92 metr nəticə göstərərək, yarışı 7-ci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi