Azərbaycanın ilk dəfə qatıldığı Yeniyetmələrin Qış Olimpiya Oyunlarında bayraqdarı bəlli olub

Azərbaycanın ilk dəfə qatıldığı Yeniyetmələrin Qış Olimpiya Oyunlarında bayraqdarı bəlli olub İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib. Azərbaycanın yarışdakı şef de-missionu Anar Bağırovun Reporta verdiyi məlumata görə, bu, ölkənin yeganə təmsilçisi Yekaterina Ryabovadır.
Fərdi
7 Yanvar , 2020 16:28
Azərbaycanın ilk dəfə qatıldığı Yeniyetmələrin Qış Olimpiya Oyunlarında bayraqdarı bəlli olub

İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.  Azərbaycanın yarışdakı şef de-missionu Anar Bağırovun "Report"a verdiyi məlumata görə, bu, ölkənin yeganə təmsilçisi Yekaterina Ryabovadır.

Bağırov bildirib ki, fiqurlu konkisürmə növündə mübarizə aparan idmançı yanvarın 9-da Lozannada olacaq: "Ryabova yanvarın 11-də və ya 13-də yarışa çıxacaq. Püşkatma ayın 9-dadır. O, ilk "10-luq"da yer alacağı təqdirdə, yanvarın 15-də də yarışacaq".

Şef de-mission olimpiadaya Azərbaycan nümayəndə heyətinin də qatılacağını diqqətə çatdırıb: "Yarışdan öncə hər şey yaxşıdır. Rəhbərlik isə ayın 8-9-u Lozannaya gələcək. Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev də burada olacaq. Federasiya nümayəndəsi isə Rauf Xəlilovdur. Yekaterina Ryabovanın şəxsi məşqçisi, atası, iki federasiya nümayəndəsi və mən də Lozannada olacağam".

Qeyd edək ki, Azərbaycan ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarına qatılır. "Lozanna-2020" 9 - 22 yanvarda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi