Azərbaycanın kişi şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib

Azərbaycanın kişi şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib Bakı. 2 oktyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib.
Fərdi
2 Oktyabr , 2018 20:44
Azərbaycanın kişi şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5. 

Yığma üzvlərindən yalnız Teymur Rəcəbov rəqibini məğlub edə bilib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzduğu halda, Arkadi Naydiçi rəqibi ilə xalları yarı bölüb. 

Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir. 

ABŞ - Azərbaycan - 2,5:1,5

Fabiano Karuana - Şəhriyar Məmmədyarov - 1:0

Uesli So - Teymur Rəcəbov - 0:1

Hikaru Nakamura - Arkadi Naydiç - 0,5:0,5

Samuel Şanklend - Rauf Məmmədov - 1:0 

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi