Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə medal qazanıb - YENİLƏNİB Azərbaycanın daha bir paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə medal qazanıb.
Fərdi
5 Dekabr , 2023 12:22
Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə medal qazanıb.

“Report”un məlumatına görə, Dürsədəf Kərimova (+70 kq) yarışda üçüncü yeri tutub.

O, J2 kateqoriyasında bürünc medal uğrunda görüşdə fransalı rəqibi P.Lezeni məğlub edib.

Qeyd edək ki, bu gün digər paracüdoçular - İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.

11:46

Azərbaycanın iki paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə medal qazanıb.

“Report”un məlumatına görə, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.

İ.Zəkiyev J1 kateqoriyasında, X.Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olublar.

Qeyd edək ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.

Son xəbərlər

Orphus sistemi