Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb
Fərdi
- 10 avqust, 2026
- 10:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 2 boksçusu Qazaxıstanda məktəblilər (U-15) arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar.
Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərini üstələyərək çempion olublar. Ölkə təmsilçiləri finalda yerli boksçularla görüşü vaxtından əvvəl tam üstünlüklə başa vurublar.
Qeyd edək ki, komandanın çalışdırıcısı Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.
Son xəbərlər
20:34
Foto
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
Xarici siyasət
20:33
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
Xarici siyasət
20:05
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Daxili siyasət
19:52
Foto
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Qarabağ
19:50
Foto
Video
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub
Daxili siyasət
19:50
Azərbaycan karateçiləri Gürcüstanda yeddi medal qazanıblar
Fərdi
19:37
Foto
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət
19:33
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Futbol
19:22
Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
Xarici siyasət