Azərbaycanın hər 3 şahmatçısı "ShamkirChess"ə heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Azərbaycanın hər 3 şahmatçısı "ShamkirChess"ə heç-heçə ilə başlayıb - YENİLƏNİB-2 Hazırda Teymur Rəcəbovun qarşılaşması davam edir
Fərdi
19 Aprel , 2018 18:47
Azərbaycanın hər 3 şahmatçısı ShamkirChessə heç-heçə ilə başlayıb - YENİLƏNİB-2
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov / Report

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində Azərbaycanın hər 3 şahmatçısı ilk turun görüşlərini heç-heçə ilə başa vurub. 

"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun ardından Teymur Rəcəbov da "sülh"ə razılaşıb. O, qara fiqurlarla bolqarıstanlı Veselin Topalovla görüşün 43-cü gedişində xalı yarı bölüb - 0,5:0,5. 

Hazırda turun son qarşılaşması olan Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa) görüşü davam edir. 


*** 18:28. ShamkirChess 2018: Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ilk görüşlərini heç-heçə ilə başa vurub - YENİLƏNİB - FOTO

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla çexiyalı David Navara ilə üz-üzə gəlib. Qarşılaşma 39-cu gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5. Həmçinin Aniş Giri (Hollandiya) və Sergey Karyakin (Rusiya) arasındakı qarşılaşma da heç-heçə başa çatıb. 

Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan) və Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa) görüşləri davam edir. 


*** 16:57. Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5.

Hazırda Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan),  Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa), David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan) görüşləri davam edir. 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ikinci turda polşalı Radoslav Voytaşeklə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi