Azərbaycanın güllə atıcısı: "Kimin oğlu olmağımın karyeram üçün fərqi yoxdur"

Azərbaycanın güllə atıcısı: "Kimin oğlu olmağımın karyeram üçün fərqi yoxdur" "Artıq heç bir təzyiq hiss etmirəm"
Fərdi
15 Mart , 2023 18:01
Azərbaycanın güllə atıcısı: Kimin oğlu olmağımın karyeram üçün fərqi yoxdur

"Artıq heç bir təzyiq hiss etmirəm. Yaxşı nəticələr göstərirəm və kimin oğlu olmağımın fərqi yoxdur".

Bunu "Report"a müsahibəsində Azərbaycanın güllə atıcısı Ruslan Lunyov deyib.

34 yaşlı idmançı ölkənin bayrağını beynəlxalq arenalarda qaldırdığı üçün qürur duyduğunu söyləyib: "Atam anamın şəxsi məşqçisi idi, indi də mənimlə işləyir. Hər ikisinin fikirləri mənə kömək edir. Bəzən elə yarış olur ki, anam məşqçi kimi gedir, atam isə evdə qalır. Beynəlxalq yarışlarda yeni iştirak edəndə bir az təzyiqlər olurdu. Çünki karyeram alınmasaydı, pis fikirləşəcəkdilər. Amma indi bunun heç bir fərqi yoxdur".

Ruslan Lunyovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi