Azərbaycanın güləş yığmaları dünya çempionatı üçün növbəti təlim-məşq toplanışına başlayıb

Azərbaycanın güləş yığmaları dünya çempionatı üçün növbəti təlim-məşq toplanışına başlayıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığması Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.
Fərdi
3 Sentyabr , 2018 15:52
Azərbaycanın güləş yığmaları dünya çempionatı üçün növbəti təlim-məşq toplanışına başlayıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığması Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sentyabrın 15-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, məşqçilər Rövşən Bayramov, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 20 güləşçi iştirak edir.

Toplanış başa çatdıqdan sonra onlar Belarusa yollanacaqlar. Komanda üzvləri 17 - 19 sentyabrda Minskdə Oleq Karavayevin xatirə turnirində iştirak edəcəklər.

Qadınlardan ibarət yığma isə sentyabrın 4-də Minskdə təlim-məşq toplanışına başlayacaq. 10 gün davam edəcək hazırlıq prosesində baş məşqçi Aslan Ağayev və Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edəcək.

Komanda toplanış başa çatdıqdan sonra 14 - 16 sentyabrda Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı İ-S kateqoriyalı hakim İntiqam Alıyev təmsil edəcək.

Sərbəst güləş yığması isə Qazax toplanışını başa vuraraq Bakıya qayıdıb. Onlar sentyabrın 4-də Olimpiya Güləş Mərkəzində baş məşqçi Firdovsi Umudovun rəhbərliyi altında təlim-məşq toplanışına start verəcəklər. Toplanışda Türkiyə millisi də iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi