Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan paracüdo millisi Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında 6-cı medalını qazanıb.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, qadın cüdoçu Xatirə İsmiyeva da fərxi kürsüyə qalxıb.
O, +70 kq çəki dərəcəsində bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) isə bürünc medal qazanıblar.

Azərbaycanın daha iki paracüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) bürünc medal qazanıblar.
