EYOF: Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub - YENİLƏNİB

EYOF: Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub - YENİLƏNİB Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Fərdi
21 İyul , 2019 16:52
EYOF: Azərbaycan güləşçiləri ilk günü 4 medalla başa vurub - YENİLƏNİB

Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb.

Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.


***16:25

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanıb.

“Report”un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirlə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə bitib.

Qeyd edək ki, bundan öncə digər yunan-Roma güləşçisi Fərid Sadıxlı (45 kq) qızıl medala sahib olub.

Son xəbərlər

Orphus sistemi