Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
  • 23 oktyabr, 2024
  • 17:37
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.

"Report" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı Temuri Orjonikidze ilə üz-üzə gəlib.

7:1 hesabı ilə qələbə qazanan Həsənli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, güləşçilərimizdən daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc, Rəşad Məmmədov (55 kq) isə gümüş medala sahib çıxıb.