Azərbaycanın daha 2 qadın boksçusu dünya çempionatının 1/4 finalına yüksəlib
- 20 noyabr, 2014
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında keçirilən dünya çempionatında ¼ finalçılar müəyyənləşib. "Report"un məlumatına görə, Azərbaycan milli komandasının 3 üzvü medalın bir addımlığına çatıb.
Yelena Vıstropovadan (69 kq) sonra Azərbaycanın daha iki boksçusu – Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva (60 kq) da növbəti mərhələyə yüksəlib. A.Əlimərdanova 1/8 finalda irlandiyalı Mikaella Volşu məğlub edib – 2:0. O, ¼ finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək. Y.Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb – 3:0. Onun növbəti rəqibi avstraliyalı Şelli Vatts olacaq.
Qeyd edək ki, ¼ final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.