İdmançımızın ilk setdəki həyəcanı hiss olunurdu.
"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın badminton yığmasının baş məşqçisi Morteza Validarvi deyib.
Mütəxəssis Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında milli üzvü Edi Reski Dviçayonun çıxışı barədə danışıb:
"Oyundan öncə Antonsenin məşqçisi ilə söhbətləşmək imkanım oldu. Mənə dedi ki, biz bura qızıl medal ardınca gəlmişik. Edi ilə nə qədər oyundan öncə danışsaq da, ilk setdə həyəcanlı olduğu hiss olunurdu. İdmançımız ikinci setdə daha yaxşı təsir bağışlasa da, Antonsen kimi top badmintonçu üstünlüyü əldən vermədi".
Qeyd edək ki, badmintonçumuz Edi Reski Dviçayo E qrupundakı sonuncu matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb və 0:2 (12:21, 14:21) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.