Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər
Fərdi
- 01 iyul, 2026
- 22:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub.
"Report" xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.
Hər iki atlet üçtəkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.
Xatırladaq ki, Memorialın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanma növündə bürünc medala sahib çıxıb.
Son xəbərlər
10:11
Kevin De Brüyne "Napoli"dən PSV-yə keçə bilər
Futbol
10:10
Şahin Əliyev: "Azərbaycanda süni intellektin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur"
İKT
10:09
Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində polkovnik ölüb
Digər ölkələr
10:01
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb
Biznes
09:51
İndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb
Digər ölkələr
09:40
NETTY 2026-ya artıq 150-dən çox layihə təqdim olunub
Media
09:33
Foto
Azərbaycanın turizm potensialı "VIVANT" serialında nümayiş olunur
Turizm
09:28
ADB Qafqaz və Mərkəzi Asiya ölkələri, Monqolustan üçün yeni texniki yardım layihəsini təsdiqləyib
Maliyyə
09:28
Azərbaycan neftinin qiyməti 101 dollara yaxınlaşır
Energetika