Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirinin ilk gününü 9 medalla başa vurub.
"Report"un məlumatına görə, son olaraq 81 kq çəkidə dərəcəsindəki final görüşündə Hüseyn Rəhimli Özbəkistan təmsilçisi Davurxom Karomatovla üz-üzə gəlib. Rəqibinə uduzan Azərbaycan idmançısı gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb.
Yarışa mayın 14-də yekun vurulacaq.
*** 19:16
Azərbaycan millisinin Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirinin ilk günündə qazandığı medalların sayı 8-ə çatıb.
"Report"un məlumatına görə, 57 kq-da Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanovanın görüşündə birinci qalib gəlib. Beləliklə, onlar müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.
Qeyd edək ki, Şahanə Hacıyeva (48 kq) ilə Vüqar Şirinli (60 kq) qızıl, Bayram Mustafayev (66 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıb.
*** 19:02
Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirində daha iki medal qazanıb.
"Report"un məlumatına görə, 52 kq çəkidəki Səbinə Abdullayeva və Bəsti Səfərovanın bürünc medal görüşündə ikinci qalib gəlib.
73 kq çəkidə çıxış edən Ramil Qasımov bürünc medal uğrunda görüşdə almaniyalı Nikolai Kornhassdan üstün olub.
*** 18:12
Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirində daha iki medal qazanıb.
"Report" xəbər verir ki, Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə uduzaraq gümüş medal əldə edib.
66 kq-dakı digər idmançı Namiq Abbaslı üçüncü yer uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini üstələyib.
*** 17:47
Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ikinci qızıl medalını qazanıb.
"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi üstələyib.
Daha əvvəl kişilərin yarışında Vüqar Şirinli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
*** 17:34
Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ilk medalını qazanıb.
"Report" xəbər verir ki, 60 kq çəkidə çıxış edən Vüqar Şirinli finalda Rumıniya təmsilçisi Florin Aleksandrunu 1:0 hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
*** 15:29
Bakıda ümummilli lider
"Report" xəbər verir ki, onlardan yarısı qadın, yarısı isə kişidir.
48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqlə üz-üzə gələcək. 57 kq-da Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşacaqlar.
52 kq çəkidəki Səbinə Abdullayeva və Bəsti Səfərova isə bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. İlk görüşündə uduzduqdan sonra təsəllivericidə də məğlub olan Gülnar Gərayova (48 kq) turnirlə vidalaşıb.
Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Aleksandruya, Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə, Hüseyn Rəhimli (81 kq) isə Özbəkistan təmsilçisi Davurxom Karomatova rəqib olub. 66 kq-dakı digər idmançı Namiq Abbaslı üçüncü yer uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, Qran-priyə mayın 14-də yekun vurulacaq.