Bakı. 1 noyabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, kişi şahmatçıların ilk “100-lüy”ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir.
Dörd pillə irəliləyərək, 14-cü sıraya yüksələn Teymur Rəcəbovun 2757 xalı var. Arkadi Naydiç 2736 xalla 20-cidir. O, mövqeyini 9 pillə yaxşılaşdırıb. Altı pillə irəliləyən Rauf Məmmədov 2699 xalla 40-cı sıradadır.
Eltac Səfərli 2671 xalla 72-ci yerdədir. O, 5 pillə geriləyib. Qədir Hüseynov isə 8 pillə enib. O, 2664 xalla 82-ci sıradadır.
Qadınların “100-lüy”ündə isə Azərbaycan şahmatçılarının sayı 3-ə yüksəlib. 13 pillə geriləyərək 2422 xalla 46-cı yerdə qərarlaşan Günay Məmmədzadəyə Xanım Balacayeva və Gülnar Məmmədova qoşulub. Onlar müvafiq olaraq, 2397 xalla 63-cü və 2368 xalla 97-ci sıradadırlar.
Qadınların siyahısına 26 58 xalla çinli Hou İfan başçılıq edir.