Azərbaycanın 3 cüdoçusuna 50 min dollar mükafat verilib

Azərbaycanın 3 cüdoçusuna 50 min dollar mükafat verilib İJF onları ötən ili reytinqdə ilk pillədə başa vurduqları üçün mükafatlandırıb
Fərdi
2 Fevral , 2017 14:43
Azərbaycanın 3 cüdoçusuna 50 min dollar mükafat verilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın 3 cüdoçusuna hərəyə 50 min dollar mükafat verilib.

"Report"un məlumatına görə, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən mükafatlandırılıblar.

Onlar yüksək məbləğdə qazancı öz çəki dərəcələri üzrə İJF reytinqində 2016-cı ilin ilk pillədə başa vurduqları üçün əldə ediblər. R.Orucov İJF-nin rəsmi saytına açıqlamasında deyib: "2016-cı ili ilk pillədə başa vurduğum üçün çox şadam. Ötən il mənim üçün uğurlu oldu. Avropa çempionatında qızıl, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandım. Bu hədiyyəyə görə İJF prezidenti Marius Vizerə minnətdaram."

Qeyd edək ki, ümumilikdə 14 çəki dərəcəsində reytinq siyahısına başçılıq edən 7 kişi və 7 qadın cüdoçu mükafata layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi