Azərbaycanın 10 güləşçisi Qızıl Qran-pridə iştirak edəcək

Azərbaycanın 10 güləşçisi Qızıl Qran-pridə iştirak edəcək Yarış iyunun 10-da Tbilisidə start götürəcək
Fərdi
8 İyun , 2017 15:18
Azərbaycanın 10 güləşçisi Qızıl Qran-pridə iştirak edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran-pridə iştirak edəcəklər.

“Report”un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 10-da start götürəcək turnirə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 10 güləşçi yollanacaq.

İki gün davam edəcək yarışda Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyev (hamısı 86 kq) çıxış edəcəklər.

Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi