"Formula 1": 2021-ci il Azərbaycan Qran-prisinin tarixi bilindi

"Formula 1": 2021-ci il Azərbaycan Qran-prisinin tarixi bilindi 2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub. 
Fərdi
1797
21 Oktyabr , 2020 11:56
Formula 1: 2021-ci il Azərbaycan Qran-prisinin tarixi bilindi

2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub.

"Report"un "Soymotor" nəşrinə istinadən verdiyi məlumatına görə, siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 - 25 apreldə təşkili nəzərdə tutulub.

"Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" yeni mövsümün təqvimini bitirməyə yaxın olduqlarını açıqlayıb. 2021-ci ildə 22 yarış planlaşdırılıb.

Gələn mövsümə martın 14-də Bəhreyndə start verilə bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə olacağı gözlənilir.

Təqvimdə koronavirus pandemiyası səbəbindən müəyyən dəyişikliklərin olacağı istisna edilmir.

Təxmini təqvim:

14 mart - Bəhreyn
28 mart - Vyetnam
11 aprel - Çin
25 aprel - AZƏRBAYCAN
2 may - Niderland
9 may - İspaniya
23 may - Monako
6 iyun - Kanada
20 iyun - Avstriya
27 iyun - Fransa
11 iyul - Böyük Britaniya
25 iyul - Macarıstan
29 avqust - Belçika
5 sentyabr - İtaliya
19 sentyabr - Rusiya
26 sentyabr - Sinqapur
10 oktyabr - Yaponiya
24 oktyabr - Avstraliya
7 noyabr - ABŞ
14 noyabr - Meksika
28 noyabr - Səudiyyə Ərəbistanı
5 dekabr - BƏƏ

Son xəbərlər

Orphus sistemi