Azərbaycan yelkənçiləri ilk dəfə beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar

Azərbaycan yelkənçiləri ilk dəfə beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Fərdi
9 Yanvar , 2020 12:04
Azərbaycan yelkənçiləri ilk dəfə beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar

Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar. 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə,  Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb. İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.

Yarış İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına, Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb. 

Qeyd edək ki, bu Azərbaycan idmanı tarixində ilk belə haldır. 

Son xəbərlər

Orphus sistemi