Azərbaycan velospiedçisinin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb

Azərbaycan velospiedçisinin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb Maksim Averinin qanında meldoni preparatı tapılıb
Fərdi
14 Aprel , 2017 14:28
Azərbaycan velospiedçisinin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlanıb

Bakı. 14 Aprel. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Maksim Averinin beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.

“Report”un wielerflits.nl saytına istinadən verdiyi məlumata görə, buna səbəb Azərbaycan yığmasının üzvünün orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanmasıdır.

Dopinq-test zamanı analizi müsbət nəticələnən M.Averində meldoni preparatı tapılıb.

Qeyd edək ki, Maksim Averin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.

Son xəbərlər

Orphus sistemi