Azərbaycan və Ukrayna arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan və Ukrayna arasında Əməkdaşlıq Proqramı imzalanıb Ukrayna nümayəndə heyəti Gənclər və İdman naziri İqor Jdanov başda olmaqla Azərbaycan tərəfinin dəvəti ilə XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Bakıda səfərdədir.
Fərdi
22 İyul , 2019 14:36
Azərbaycan və Ukrayna arasında Əməkdaşlıq Proqramı imzalanıb

Ukrayna nümayəndə heyəti Gənclər və İdman naziri İqor Jdanov başda olmaqla Azərbaycan tərəfinin dəvəti ilə XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Bakıda səfərdədir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün iki ölkə arasında Bədən tərbiyəsi və idman sahəsində iki illik Əməkdaşlıq Proqramı imzalanıb. Sənədə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və onun ukraynalı həmkarı İqor Jdanov imza atıb. 

Qarşılıqlı anlaşma Memorandumu çərçivəsində iki ildə bir dəfə imzalanan Əməkdaşlıq Proqramı Azərbaycan ilə Ukrayna arasında bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyəti konkretləşdirir. İ.Jdanov bildirib ki, imzalanmış Əməkdaşlıq Proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub: “Biz ukraynalı idmançıların sizin idmançılarla birgə toplanışlar və məşqlər keçirmək üçün Azərbaycana gəlməsinə hazırıq və əlbəttə, Azərbaycan idmançılarını Ukraynaya dəvət edirik. İdman sahəsində ölkələrimiz arasında çoxdan bəri sıx əlaqələr mövcuddur. Düşünürəm ki, həmin əlaqələr bundan sonra da inkişaf edəcək”.

Ukraynalı nazir XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün dəvətə görə Azərbaycan rəhbərliyinə, habelə, A.Rəhimova təşəkkürünü bildirib. O, festival barədə də danışıb: “Tədbir çox gözəl təşkil edilib. Dünən biz festivalın açılışında olduq, hər şey çox gözəl idi. Düşünürəm ki, açılış bu hadisəyə layiq oldu”.

Son xəbərlər

Orphus sistemi