Azərbaycan və İtaliya gimnastları arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycan və İtaliya gimnastları arasında yoldaşlıq görüşü keçirilib Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Fərdi
11 mart 2019 07:59
Azərbaycan və İtaliya gimnastları arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

“Report” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matç İtaliyanın Desio şəhərində təşkil olunub. Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, gənclər arasında fərdi yarışda Arzu Cəlilova və Nərminə Səmədova, qrup hərəkətləri komandasında Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Milana Əkbərova iştirak ediblər.

Qeyd edək ki, görüşdən bir gün sonra Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva İtaliya məşqçilərinə master-klass keçib.

Son xəbərlər

Orphus sistemi