Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib

Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.
Fərdi
1 Aprel , 2022 19:18
Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.

"Report"un məlumatına görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovun sifətinə zərbə endirərək onu itələyib.

Azərbaycan güləşçisi rəqibin cavabını vermək üçün onun üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və onun məşqçisinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abuladze ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi