Azərbaycan Üzgüçülük Federasiyası yeni məşqçini açıqlayıb

Azərbaycan Üzgüçülük Federasiyası yeni məşqçini açıqlayıb Azərbaycanın Suya Tullanma idman növünə yeni məşqçi təyin olunub.
Fərdi
8 Fevral , 2023 10:19
Azərbaycan Üzgüçülük Federasiyası yeni məşqçini açıqlayıb

Azərbaycanın Suya Tullanma idman növünə yeni məşqçi təyin olunub.

Azərbaycan Üzgüçülük Federasiyasından “Report”a verilən məlumata görə, idman ustası, Avropanın gümüş mükafatçısı Mixail Mayorov bu posta gətirilib.

38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Sözləşmənin şərtlərinə görə, Mayorov bu idman növünün Azərbaycanda inkişaf etdirilməsinə və populyarlaşmasına köməklik etməlidir.

Məşqçi bildirib ki, federasiya tərəfindən qarşısına qoyulan əsas vəzifələr uşaqların və yeniyetmələrin suya tullanma idman növü qruplarına cəlb edilməsi, beynəlxalq arenada Azərbaycanı təmsil edə biləcək qaliblərin və medalçıların yetişdirilməsidir: “Azərbaycan suya tullanmanın inkişafı üçün perspektivli ölkədir. Möhtəşəm isti iqlim və lazımi dövlət dəstəyi bu gözəl ölkənin idmandan həzz almasını təmin edir. Hazırda suya tullanma Azərbaycanda yeni idman növüdür, ona görə də insanlar bununla məşğul olmağın mümkünlüyünü yeni öyrənirlər. Bununla belə, bu növün inkişafı üçün yaxşı idman qurğuları mövcuddur. Müasir avadanlıqlar və yüksək səviyyəli şəraiti olan Bakı Su İdman Mərkəzində məşq edən uşaqlar və gənc idmançılar - üzgüçülük, su polosu, sinxron üzgüçülük, suya tullanma idman növü ilə peşəkar şəkildə məşğul olmaq üçün hər şərait var. Minimum planım gələcəkdə gənc idmançılardan ibarət komanda toplamaq, Avropa və dünya çempionatlarında yüksək yerlərə çıxmaq perspektivi ilə beynəlxalq turnirlərin qaliblərini yetişdirməkdir”.

Qeyd edək ki, 6 yaşından suya tullanma idman növü ilə məşğul olan Mixail Mayorov Ümumrusiya, Avropa, beynəlxalq çempionat və daxili çempionatların dəfələrlə qalibi və mükafatçısı olub.

Son xəbərlər

Orphus sistemi