Azərbaycan taekvondoçusu Yunanıstanda bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Yunanıstanda bürünc medal qazanıb Yaprak Eriş “DTF Prezident Kuboku”nda fəxri kürsüyə yüksəlib
Fərdi
28 Aprel , 2017 12:06
Azərbaycan taekvondoçusu Yunanıstanda bürünc medal qazanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Yaprak Eriş Yunanıstanın paytaxtı Afinada “DTF Prezident Kuboku” yarışında mükafatçılar sırasına düşməyi bacarıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü ardıcıllıqla Asimina Tzortzi (Yunanıstan), Loriqan Selin (Fransa), Raheleh Asemani (Belçika) və Patrisiya Adamkieviçi (Polşa) yarışdan kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə rusiyalı Yekaterina Kimə uduzan Y.Eriş turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandaları aprelin 27-də start götürən və sayca ikinci olan yarışda 35 idmançı ilə təmsil olunur. Bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə edəcəklər. Yarışa aprelin 30-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi