Azərbaycan taekvondoçusu: "Avropa çempionatında medalsız qalmadığıma görə sevinirəm"

Azərbaycan taekvondoçusu: "Avropa çempionatında medalsız qalmadığıma görə sevinirəm" Patimat Abakarova: "Qızıl medal qazanacağıma inanırdım"
Fərdi
11 May , 2018 09:22
Azərbaycan taekvondoçusu: Avropa çempionatında medalsız qalmadığıma görə sevinirəm
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "İlk rəqibim olan bolqarıstanlı idmançısına qalib gəldim. Növbəti döyüşü isə yerli taekvondoçu Svetlana İqumenovaya qarşı keçirdim. Düzü, rəqibim güclü və həm də yerli olduğundan, döyüşün ağır keçəcəyini gözləyirdim. Amma onu məğlub etmək heç də çətin olmadı. Bununla belə, xorvatiyalı rəqibimə məğlub oldum". 

"Report" xəbər verir ki, bunu Rusiyanın Kazan şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan taekvondoçusu Patimat Abakarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib. 49 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı medalsız qalmamasına sevindiyini bildirib: "Qızıl medal qazanacağıma inanırdım. Yenə də medalsız qalmadığıma görə sevinirəm. Məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Yarış hələ davam edir və komanda yoldaşlarıma uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi