Azərbaycan taekvondoçuları Niderlandda 7 medal qazandı

Azərbaycan taekvondoçuları Niderlandda 7 medal qazandı Niderlandın Eydhoven şəhərində keçirilmiş “Dutch Open” turnirində Azərbaycan millisi 7 medal qazanıb.
Fərdi
8 Mart , 2020 01:44
Azərbaycan taekvondoçuları Niderlandda 7 medal qazandı

Niderlandın Eydhoven şəhərində keçirilmiş “Dutch Open” turnirində Azərbaycan millisi 7 medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sayca 47-ci dəfə təşkil olunmuş G1 kateqoriyalı yarışda medallardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc əyarlı olub. 

Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yalnız finalda, Bəhruz Quluzadə (54 kq) isə yarımfinalda uduzub. 

Qeyd edək ki, Azərbaycan millisi baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanıb. Komanda üzvləri 14-15 martda G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.

Son xəbərlər

Orphus sistemi