Qılıncoynadanımız Ukraynada 2-ci oldu
Fərdi
- 02 fevral, 2021
- 11:27
Azərbaycan millisinin üzvü Ruslan Həsənov Ukraynanın olimpiya çempionu Qriqori Krissin şərəfinə 23 yaşadək şpaqaçılar arasında keçirilən açıq turnirində çıxış edib.
"Report" xəbər verir ki, qrup mərhələsindəki bütün görüşləri qalib başa vuran idmançı 1/32 finalda İlya Rusini (15:4), 1/16 finalda Valeri Buksarı (15:4) məğlub edib.
Növbəti mərhələdə Boqdan Kirdaya 15:11 hesabı ilə qalib gələn şpaqaçı 1/4 finalda Vitali Svistılı eyni hesabla yenib. Yarımfinalda Dmitro Mikitenko üzərində 15:11 hesablı qələbə qazanan Həsənov finalda Nikita Koşmana uduzub - 14:15.
O, 90-dan çox şpaqaçının qatıldığı turnirdə 2-ci olub.
Son xəbərlər
03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
Futbol01:36
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"
Futbol01:24
Benyamin Şeşko: "Sabah"ın qapıçısının irəli çıxmasından sonra qol üçün əlverişli fürsət yarandı"
Futbol01:16
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Digər ölkələr00:57
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Roma" ilə bərabərə qalıb, "Bavariya" qələbə qazanıb
Futbol00:52
Foto