Azərbaycan şahmatçısı Onlayn Millətlər Kubokunda iştirak edəcək

Fərdi
  • 21 aprel, 2020
  • 13:30
Azərbaycan şahmatçısı Onlayn Millətlər Kubokunda iştirak edəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Chess.com saytı yeni turnir təşkil edəcək. 

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarış Onlayn Millətlər Kuboku adlanır. 5 - 10 mayda keçiriləcək turnirdə 6 komandanın iştirak edəcəyi vurğulanıb. Bunlar Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünyanın digər ölkələrini təmsil edən komandadır. 

Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. 

Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə Superfinal olacaq. 

Mükafat fondu 180 000 ABŞ dolları olan yarışa dünyanın ən güclü şahmatçıları qatılacaq. Onların arasında Azərbaycan şahmatçılarından birinin də iştirakı gözlənilir. Həmin şəxs dünya və ya Avropa yığmasının heyətində yer alacaq. Sadəcə müqavilə bağlanmadığından, hələlik həmin qrossmeysterin adı açıqlanmır. 

Komandaların dəqiq tərkibi aprelin 22-də təsdiqlənəcək. 

44 - Tezliklə