Azərbaycan şahmatçıları FIDE reytinqində irəliləyiblər
Fərdi
- 31 oktyabr, 2019
- 11:57
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
"Report" qurumun saytına istinadən xəbər verir ki, kişilərin reytinqində Azərbaycan şahmatçılarından 4-ü "100-lüy"ə düşüb.
2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2777 xalla 5-ci yerdədir. Ötən ay Dünya Kubokunun qalibi olmuş Teymur Rəcəbov isə 6 pillə irəliləyib. O, 2767 xalla 9-cudur.
Qədir Hüseynov isə 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. "Top-100"ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir.
Qadınlardan da 4 şahmatçı "100-lük"də yer alıb. Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır. Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) 99-cu pillədədir.
Son xəbərlər
23:26
Mbappe Fransa millisinin heyətində rekorda imza atıb
Futbol23:25
Axios: Tramp Netanyahuya İsrail qoşunlarını Suriya və Livandan çıxarmağı tələb edib
Digər ölkələr23:23
Foto
DÇ-2026: İspaniya Fransa ilə oyunda hesabda irəli çıxıb - YENİLƏNİR
Futbol23:19
Video
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-4
Futbol23:13
Albaniya Aİ-yə üzvlük danışıqlarında ilk üç fəsli bu gün bağlayıb
Digər ölkələr23:00
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq
Energetika22:45
Baqeri: ABŞ-yə qarşı heç bir güzəştə getməməliyik
Region22:31
Tramp: Düşünürəm ki, Yaxın Şərq birləşir
Digər ölkələr22:13