Azərbaycan şahmatçıları Avropa çempionatında Çexiya və Rumıniya komandalarına qalib gəlib

Azərbaycan şahmatçıları Avropa çempionatında Çexiya və Rumıniya komandalarına qalib gəlib Batumidə keçirilən şahmat üzrə Avropa çempionatının dördüncü turu başa çatıb.
Fərdi
27 Oktyabr , 2019 21:46
Azərbaycan şahmatçıları Avropa çempionatında Çexiya və Rumıniya komandalarına qalib gəlib

Batumidə keçirilən şahmat üzrə Avropa çempionatının dördüncü turu başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycanın kişi şahmatçıları Çexiyadan olan rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəliblər.

Azərbaycanın qadınlardan ibarət komandası da analoji uğura imza atıb. Belə ki, şahmatçılar rumıniyalı rəqiblərini hesabda üstələyiblər.

Qeyd edək ki, həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan komandası 4 turdan sonra 6 xal toplayaraq turnir cədvəlində 6-cı yeri tutur. 

Azərbaycanın kişilərdən ibarət komandası birinci turda Serbiya, ikinci turda Fransa komandasına qalib gəlsə də, III turda Ukrayna yığmasına məğlub olub. Qadın şahmatçılar isə birinci turda Latviya şahmatçılarını, III turda Avstriya yığmasını məğlub ediblər. Lakin ikinci turda İspaniya yığmasına uduzublar.

Kişilərdən ibarət komanda hazırkı Avropa çempionudur. 

Son xəbərlər

Orphus sistemi