Azərbaycan Rio-2016-ya həsr edilmiş poçt markaları dövriyyəyə buraxıb
Fərdi
- 09 avqust, 2016
- 13:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 avqust. REPORT.AZ/ “Azərmarka” MMC Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına həsr edilmiş poçt markaları nəşr edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, Olimpiya Oyunları münasibətilə 4 marka hazırlanıb.
Poçt markalarının üzərində ayrı-ayrılıqda boks, ağır atletika, yunan-Roma güləşi və sərbəst güləş idman növləri üzrə təsvirlər əks olunub. Markaların hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunur. Onlar idmanın 18 növü üzrə mübarizə aparacaqlar.
Son xəbərlər
10:22
Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır
İnfrastruktur
10:22
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Daxili siyasət
10:14
Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib-2
Xarici siyasət
10:13
Qazaxıstan yük tranzitini 100 milyon tona qədər artırmaq niyyətindədir
İnfrastruktur
10:12
Foto
Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
Digər
10:08
Foto
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
Hadisə
10:04
Foto
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
Fərdi
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya arasında axtarış-xilasetmə sahəsində ekspert görüşü keçirilib
Hərbi
09:56
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurub
Maliyyə