Azərbaycan Rio-2016-dakı medal rekordunu təkrarlaya bilməyəcək - SİYAHI

Azərbaycan Rio-2016-dakı medal rekordunu təkrarlaya bilməyəcək - SİYAHI Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparıb.
Fərdi
31 İyul , 2021 08:14
Azərbaycan Rio-2016-dakı medal rekordunu təkrarlaya bilməyəcək - SİYAHI

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparıb.

"Report"un məlumatına görə, boksçu Cavid Çələbiyev (63 kq) 1/8 final görüşünə çıxıb. Ermənistan təmsilçisi Ovanes Baçkovla görüşdə hakimlər qələbəni rəqibə veriblər - 4:1.

Beləliklə, Çələbiyev Tokio-2020-də mübarizəni medalsız başa vurub.

Bununla da olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 23-ə çatıb. Daha 2 idmançı isə medala layiq görülüb. Onlardan biri gümüş medal qazanıbsa, digəri ən azı bürünc medalı təmin edib.

Bu isə o deməkdir ki, Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarındakı 18 medallıq kəmiyyət rekordunu təkrarlaya bilməyəcək. Çünki olimpiya yığması Yaponiya paytaxtına 44 idmançı ilə yollansa da, onlardan 5-i bədii gimnastikada qrup hərəkətləri üzrə komandaya daxildir. Yəni, qarşıdakı günlərdə maksimum daha 15 medal qazanmaq mümkün olacaq ki, bu da üst-üstə 17 medal şansı anlamına gəlir.

Medal qazanan

Cüdo: İrina Kindzerska (+78 kq)

Medalı təmin edən

Boks: Alfonso Dominges (81 kq)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Son xəbərlər

Orphus sistemi