Azərbaycan Qran-prisində ikinci günə yekun vuruldu

Azərbaycan Qran-prisində ikinci günə yekun vuruldu "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə yekun vurulub.
Fərdi
5 İyun , 2021 20:37
Azərbaycan Qran-prisində ikinci günə yekun vuruldu

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə yekun vurulub.

"Report"un məlumatına görə, sayca beşinci dəfə təşkil olunan yarışın ikinci günündə "Formula 2"də sprint yarışları, "Formula 1"də isə üçüncü sərbəst yürüş və sıralama turu gerçəkləşib.

"Formula 2"də ilk sprint yarışını "Prema Racing"in pilotu Robert Şvartsman, ikincisini isə "Hitech Grand Prix"dən Yuri Vips qazanıb.

"Formula 1"də "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü sərbəst yürüşdə bütün rəqiblərini geridə qoyub. Sıralama turunda isə "Ferrari"nin sürücüsü Şarl Lekler finişə birinci çatıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi