Azərbaycan Qran-prisi təxirə salındı, alınmış biletlər qüvvədə qaldı

Azərbaycan Qran-prisi təxirə salındı, alınmış biletlər qüvvədə qaldı Formula 1 üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.
Fərdi
23 Mart , 2020 15:29
Azərbaycan Qran-prisi təxirə salındı, alınmış biletlər qüvvədə qaldı
Report
0 : 00
0 : 00

"Formula 1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb. 

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi açıqlamasında bildirilir. 

Qərar "Formula 1", Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FIA) rəhbərliyi və Azərbaycan hökuməti ilə geniş müzakirələrdən sonra qəbul olunub və qlobal pandemiya koronavirusu ilə əlaqələndirilib: "Əsas qayğımız Azərbaycan xalqının, eləcə də Azərbaycan Qran-prisinə gələn azarkeşlərin, komandaların məkdaşlarının və çempionat iştirakçılarının sağlamlığı və rahatlığıdır. Dünyanın ən yaxşı maşın yarışının iyunda Bakı küçələrində keçirilməyəcəyindən təəssüfünüzü bölüşürük. Yeni, daha gec tarixi elan etmək üçün vəziyyəti öyrənməkdən ötrü "Formula 1" rəhbərliyi, FIA və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyik". 

O da vurğulanıb ki, satılmış bütün biletlər əlavə heç bir formallıq olmadan qüvvədə qalacaq. Qran-prinin yeni tarixi təsdiqləndikdən sonra bütün azarkeşlər bu barədə məlumatlandırılacaqlar.   

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi Qran-prilərdən 2-ni ləğv edib, 5-ni isə təxirə salıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Beləliklə, mövsümə Bakıda start veriləcəyinə dair ehtimallar özünü doğrultmayıb.  

Son xəbərlər

Orphus sistemi