Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.
Fərdi
5 Fevral , 2019 22:32
Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 11 təmsilçisindən 3-ü dayanq üzərinə çıxıb.

49 kq çəki dərəcəsində yer alan Röyalə Fətəliyeva (K 44) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal yazdırıb.

75 kq-dan yuxarı çəkidəki Vüsal İsmayılov (K 44) 1/4 finalda əlindən aldığı zədə üzündən döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.

Son xəbərlər

Orphus sistemi